Ederson ilə İlkay Gündoğan arasında Pep Qvardiolanın vida matçında yaşanan detal sosial mediada müzakirələrə səbəb olub.
Referans Media xəbər verir ki, "Mançester Siti"nin "Aston Villa" ilə qarşılaşmasından sonra keçirilən vida tədbirində emosional anlar yaşanıb.
Məlumata görə, uzun illər "Mançester Siti"də çıxış etmiş futbolçular və klubun məşqçi heyəti Pep Qvardiola ilə ayrı-ayrılıqda vidalaşıb. Stadionda və tribunada keçən tədbir zamanı komanda üzvləri bir-biri ilə səmimi anlar yaşayıb.
Lakin həmin anlarda Edersonun bütün keçmiş komanda yoldaşları və məşqçilərlə görüşüb salamlaşdığı, yalnız İlkay Gündoğan ilə qısa müddətdə təmas qurmaması diqqət çəkib. Bu detal sosial şəbəkələrdə geniş müzakirə olunub və müxtəlif şərhlərə səbəb olub.
Futbol ictimaiyyətinin bir hissəsi bunun sadəcə təsadüf olduğunu bildirərkən, digər tərəf hadisəni “diqqətdən yayınma” kimi qiymətləndirib.
Qeyd edək ki, Pep Qvardiola uzun illərdir "Mançester Siti"ni çalışdıraraq klubun ən uğurlu dövrlərindən birinə imza atıb və bu matçla birlikdə İngiltərə klubundakı fəaliyyətinə vida edib.
