Xocavənd və Ağdərədə yanğınların söndürülməsinə FHN-in aviasiyası cəlb olunub – VİDEObackend

Xocavənd və Ağdərədə yanğınların söndürülməsinə FHN-in aviasiyası cəlb olunub – VİDEO

  Fövqəladə Hallar Nazirliyi tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Referans xəbər verir ki , bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

 
Küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki