Xocavənddə təcili tibbi yardım bölməsi fəaliyyətə başlayıb.
Referans Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi də artıq öz doğma ünvanında – Xocavənd rayonunda xidmət göstərməyə başlayıb:
“Bölmə 24/7 rejimində fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Bölmədə tibb və qeyri-tibb işçisi olmaqla 22 nəfər əməkdaş çalışır”.
“TƏBİB tərəfindən həyata keçirilən bu tədbirlər təcili tibbi yardım xidmətlərinin əlçatanlığının və operativliyinin artırılması, tibbi xidmətlərin vətəndaşlara daha çevik və səmərəli şəkildə göstərilməsi, eləcə də xidmət keyfiyyətinin davamlı olaraq yüksəldilməsi məqsədinə xidmət edir”, – deyə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, Qarabağın bərpası istiqamətində görülən işlər çərçivəsində işğaldan azad olunan ərazilərə qayıdan sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas prioritetlərdəndir.
