Göy cisimlərinin hərəkəti bəzi bürclər üçün maliyyə baxımından yeni dövrün başlanğıcına işarə edir. Neptun və Plutonun mövqelərinin təsiri ilə bəzi bürclərin keçmişdə göstərdikləri səylərin qarşılığını alacağı, yeni maliyyə fürsətlərini daha düzgün dəyərləndirəcəyi gözlənilir.
Referans Media həmin bürcləri təqdim edir:
Xərçəng
Xərçənglər bu dövrdə maliyyə hədəflərinə çatmaq üçün daha qətiyyətli addımlar ata bilərlər. Özünəinamın artması əvvəllər tərəddüd etdikləri qərarları yenidən nəzərdən keçirmələrinə və qarşılarına çıxan imkanlardan yararlanmalarına kömək edə bilər.
Şir
Şirlər üçün iş və gəlir sahəsində yeni inkişaflar gündəmə gələ bilər. Keçmişdə buraxdıqları səhvlərdən nəticə çıxarmaları onlara yeni maliyyə imkanlarını daha düşünülmüş şəkildə dəyərləndirməyə şərait yarada bilər.
Oğlaq
İntizamlı və planlı yanaşmaları ilə seçilən Oğlaqlar əvvəlki uğurlarından motivasiya alaraq yeni maliyyə addımları ata bilərlər. Qarşılarına çıxan fürsətləri diqqətlə dəyərləndirmələri və doğru zamanı gözləmələri maddi vəziyyətlərinin yaxşılaşmasına səbəb ola bilər./Publika.az
