Yeni il qabağı Ukrayna üçün son şans – Yeganə ssenari açıqlandı

Ukrayna Yeni ildən əvvəl Rusiya, ABŞ və Avropa tərəfdaşlarının iştirakı ilə dördtərəfli danışıqların keçirilməsini mümkün hesab edir.

Referans Media xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirill Budanov bildirib.

O qeyd edib ki, Ukrayna, Rusiya, ABŞ və Avropa nümayəndələri arasında işgüzar görüşün Miladdan əvvəl baş tutması real ssenaridir.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov isə Əbu-Dabi formatında təmasların davam etdiriləcəyini təsdiqləyib.

Bununla belə, Ryabkov növbəti danışıqlar raundunun keçirilməsi və Avropa İttifaqı nümayəndələrinin prosesə qoşulması ilə bağlı konkret tarixlərin hələ razılaşdırılmadığını qeyd edib./Globalinfo.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki