Türkiyədə milyonlarla şəxsin borcu bağışlanır: Parlament hərəkətə keçdi

Türkiyədə milyonlarla vətəndaşın tibbi sığorta borcunun silinməsini nəzərdə tutan qanun layihəsinin parlamentdə müzakirəsinə başlanılıb. Təklif qəbul edilərsə, təxminən 2,2 milyon şəxsin ümumilikdə 5,6 milyard lirəlik borcu ləğv olunacaq.

Referans Media xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında müzakirəyə çıxarılan layihə 2017-ci il yanvarın 1-dək yaranmış və ödənilməmiş Ümumi Sağlamlıq Sığortası (GSS) haqlarını əhatə edir.

Təklifə əsasən, həmin dövrə aid əsas borclarla yanaşı, gecikmə cərimələri və faizlər də silinəcək.

AK Partiya Qrupunun rəhbəri Abdullah Gülərin açıqlamasına görə, dəyişiklikdən 2 milyon 199 min 869 vətəndaş yararlana bilər. Dövlətin 5 milyard 627 milyon 666 min lirəlik alacağından imtina etməsi nəzərdə tutulur.

Qanun layihəsində dövlət universitetlərinin xəstəxanalarına aid bəzi maliyyə öhdəliklərinin də silinməsi nəzərdə tutulub.

Qeyd edək ki, layihə hələ qəbul edilməyib. Borcların silinməsi ilə bağlı qərar qanun qüvvəyə mindikdən sonra tətbiq olunacaq.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki