backend

“Yuventus” Kənan Yıldızla bağlı həyəcan təbili çalır: Onun yerinə başqa bir oyunçu axtarırlar

İtaliya A Seriyası klubu Yuventus, gənc ulduz Kenan Yıldızın yüksələn performansını diqqət mərkəzində saxlayır. Yeni baş məşqçi Spalletti, gənc futbolçunun üzərindəki yükü azaltmaq üçün qolları sıvayıb, Texniki direktor Damien Comolli isə yanvar ayı üçün transfer siyahısını hazırlayıb.

Referans Media xəbər verir ki, 2005-ci il təvəllüdlü Kenan Yıldız, Spalletti rəhbərliyində göstərdiyi texniki irəliləyişlə bu mövsüm Yuventusun ən parlaq simalarından birinə çevrilib. Lakin klubun aparıcı mütəxəssislərinin analizinə görə, oyunçunun intensiv oyun cədvəli onu yorğunluq riski ilə üz-üzə qoyur.

Alternativ axtarılır

Sezonun ilk yarısında Kenanın aldığı yüksək oyun vaxtı “Continassa” akademiyasında narahatlıq yaradıb. Spalletti, ulduz oyunçunu istirahət etdirərkən komandanın oyun keyfiyyətinin düşməməsi üçün etibarlı alternativ tələb edir. Hal-hazırda komanda, Kenanın yaradıcılığını və sürətini əvəzləyə biləcək oyunçu çatışmazlığı ilə üzləşib.

Texniki direktor Damien Comolli bu çatışmazlığı yanvar transfer dövründə aradan qaldırmağı prioritet məqsəd olaraq müəyyən edib. Məqsəd, Spallettinin mürəkkəb taktiki sisteminə dərhal uyğunlaşa biləcək “oynamaya hazır” oyunçunu komandaya qatmaqdır.

Kenanın yükünü azaltmaq vacibdir

Yuventusu20 yaşlı bir gənc ulduza etibar etmək uzunmüddətli perspektivdə risklidir. Yıldızın performansını may ayına qədər sabit saxlamaq və kubokda irəliləmək üçün Kenana kifayət qədər istirahət təmin edəcək güclü bir alternativ zəruridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki