Zabratda tullantı yığılan ərazidə yanğın başladı

Zabrat qəsəbəsində təkər tullantıları yığılan sahədə yanğın olub. 

Referans Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətin məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki