Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə İranın sonuncu şahının oğlu Rza Pəhləvi ilə görüşüb.
Referans Media xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“İran xalqının öz taleyini müəyyən etmək üçün daha çox imkanlar əldə etməsi son dərəcə vacibdir. Biz beynəlxalq təzyiqin və birgə səylərin buna nail olmağa necə kömək edə biləcəyi barədə danışdıq”, – Ukrayna lideri qeyd edib.
Qeyd edək ki, bu, Zelenski və Pəhləvinin son bir ay ərzində ikinci görüşüdür, bundan əvvəl onlar Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşmüşdülər.//Teleqraf























