“Gərgin müzakirə mövzusu olan Zəngəzur dəhlizi regional əlaqə və sabitlik üçün böyük əhəmiyyət kəsb edən məsələdir. Hesab
edirəm ki, kommunikasiyaların açılması təkcə mümkün deyil, həm də daha geniş regionun iqtisadi inkişafı üçün vacibdir.
Danışıqların çətin olmasına və bəzi yeni problemlərə baxmayaraq, son hadisələr irəliyə doğru yol olduğunu göstərir”.
Referans xəbər verir ki,bu fikirləri Globalinfo.az-a açıqlamasında pakistanlı geostrateji analitik və beynəlxalq məsələlər üzrə köşə yazarı İmran Xalid
deyib.
Pakistanlı ekspert bildirib ki, ABŞ-ın dəhlizin özəl Amerika şirkətinə 100 il müddətinə icarəyə verilməsi təklifi Ermənistanla
Azərbaycan arasında mürəkkəb vəziyyətdən çıxmaq məqsədi daşımaqla yanaşı, prosesə yeni dinamika gətirib:
İranda Bakı ilə bağlı görünməmiş etiraf – Pezeşkian hədəf göstərdi, İsrail isə…
“Türkiyə tərəfindən irəli sürülən bu ideya Ermənistan tərəfindən rədd edilib və onu öz suverenliyinə müdaxilə kimi
qiymətləndirib.
Bununla belə, neytral, beynəlxalq səviyyədə idarə olunan marşrutun əsas ideyası bu mühüm əlaqəni təmin etmək üçün açar ola
bilər. İran regional sərhədlərin dəyişdirilməsinə qarşı çıxsa da, bu, bütün xalqların ərazi bütövlüyünə hörmət edən tranzit
marşrutları prinsipinə zidd deyil. Bütün tərəfləri qane edən, xarici hərbi iştirakı istisna edən ortaq idarəetmə modelinə əsaslanan
razılaşma həll yolu ola bilər. Azərbaycan və Ermənistan arasında, ola bilsin ki ABŞ-ın vasitəçiliyi ilə sülh memorandumu
potensialı ümidvericidir. Bu, təkcə ticarət yollarını açmaqla qalmayacaq, həm də ticarət və əməkdaşlıq üçün yeni, sabit yol
yaradacaq və bütün regiona, o cümlədən Pakistana fayda verəcək. Zəngəzur dəhlizi açılsaydı, diplomatiyanın fikir ayrılığı
üzərində qələbəsi və regional güclərin daha parlaq gələcək naminə necə birgə işləyə biləcəyinin bariz nümunəsi olardı”.