image-gs-juventusbackend

Zəngli saatlarınızı qurun: Qalatasaray doğma meydanda İtaliya nəhəngini qəbul edir

Qalatasaray – Yuventus dueli gecəyə damğa vuracaq

Referans Media xəbər verir ki, UEFA Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları sabah start götürür. Fevralın 18-də keçiriləcək qarşılaşmalarla mərhələ davam edəcək.

Turun ən diqqətçəkən matçlarından birində Qalatasaray doğma meydanda İtaliya nəhəngi Yuventusu qəbul edəcək. “Sarı-qırmızılılar” azarkeşləri önündə sərfəli nəticə qazanaraq cavab oyunu öncəsi üstünlük əldə etməyə çalışacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Avropanın klub səviyyəsində bir nömrəli turnirində ümumilikdə 8 oyun baş tutacaq. Cavab matçları isə 24-25 fevral tarixlərində keçiriləcək.

Son 16 play-off mərhələsi – İlk oyunların proqramı (Bakı vaxtı ilə)
Sabah:
20:45 – Qalatasaray – Yuventus
23:00 – AS Monaco – Paris Saint-Germain
23:00 – Borussia Dortmund – Atalanta BC
23:00 – SL Benfica – Real Madrid CF
18 fevral:
20:45 – Qarabağ FK – Newcastle United FC
23:00 – Club Brugge KV – Atlético Madrid
23:00 – FK Bodø/Glimt – Inter Milan
23:00 – Olympiacos FC – Bayer 04 Leverkusen

Futbol azarkeşlərini iki gün ərzində gərgin və bol qollu qarşılaşmalar gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki