Noyabr ayında məktəbliləri ümumilikdə 16 günlük istirahət gözləyir.
Referans Media xəbər verir ki, noyabrın 7-10-da Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq.
Bundan əlavə, noyabrın 14-15-i və 21-22-si şənbə və bazar günlərinə təsadüf edir. Noyabrın 16-dan 20-dək isə ümumi təhsil müəssisələrində payız tətili olacaq.
Beləliklə, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabr ayı ərzində ümumilikdə 16 gün dərs keçirilməyəcək./metbuat.az/
