Azərbaycanda bu körpü tam bağlanır

Qobustan körpüsündə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Referans Media xəbər verir ki, noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan rayonu ərazisində yerləşən körpünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən inşasına başlanılacaq.

Bununla əlaqədar körpünün sözügedən hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki