200 Milyon Dollarlıq Filmi Bir Gündə Süni İntellektlə Çəkdilər: Hollivud İşsiz Qalacaq?

Süni intellekt kinoda inqilab yaradır :The Dor Brothers bir gündə film çəkdiReferans Media xarici xəbər saytına istinadən bildirir ki,The Dor Brothers komandası iddia edir ki, normalda 200 milyon dollar büdcə tələb edən bir filmi yalnız bir gün ərzində, tamamilə süni intellektdən istifadə edərək tamamlayıblar. Bu, ənənəvi film istehsal proseslərini sarsıda biləcək böyük bir addım sayılır.

Ən böyük sual isə keyfiyyət və insan toxunuşu ilə bağlıdır. Süni intellekt sürətli və təsirli görüntülər yarada bilər, amma karakterlərin dərinliyi və hekayənin emosional zənginliyi insanın yaratdığı sənət qədər təsirli ola bilərmi, sual altındadır.

Əgər bu iddia təsdiqlənərsə, sinema dünyasında uzun çəkiliş setləri, işıq və texniki qruplar, aylarla davam edən montaj dövrü bitə bilər.

Lamiyə Taciyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki