2000 il əvvəl batan gəmi tapıldı – göyərtəsində yüzlərlə...-Video

İtaliyanın Siciliya adası sahillərində təxminən 2000 il əvvəl batmış qədim Roma ticarət gəmisinin qalıqları aşkarlanıb.

Referans Media xəbər verir ki, ANSA İtaliyanın Mədəniyyət Nazirliyinə istinadən gəminin sahildən təxminən 3 dəniz mili aralıda, 46 metr dərinlikdə yerləşdiyini bildirib.

İlkin məlumatlara görə, gəmi eramızdan əvvəl II–I əsrlərə aiddir. Onun göyərtəsində yüzlərlə qədim saxsı küp aşkarlanıb. Tapıntıların böyük hissəsini Roma dövründə əsasən şərabın saxlanması və daşınması üçün istifadə edilən “Dressel 1A” tipli saxsı küplər təşkil edir.

Gəminin qalıqları arasında həmçinin lövbərlərə aid iki metal mil və qurğuşundan hazırlanmış konstruksiya müəyyən edilib.

İtaliyanın mədəniyyət naziri Alessandro Giuli tapıntını son illərin ən mühüm sualtı arxeoloji kəşflərindən biri adlandırıb.

Mütəxəssislərin araşdırmaları qədim gəminin marşrutu, daşıdığı yük və Aralıq dənizindəki Roma ticarət əlaqələri haqqında yeni məlumatlar əldə etməyə imkan verə bilər./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki