Botoksdan sonra gözləri əyildi

Amerikalı müğənni Britni Spirs uğursuz kosmetoloji prosedurla bağlı etirafı ilə gündəmə gəlib.

Referans Media xəbər verir ki, 44 yaşlı sənətçi sosial media hesabında botoks iynələrindən sonra gözündə ciddi problem yarandığını açıqlayıb.

“Mənim həkimim sol gözümə o qədər çox botoks vurdu ki, gözüm aşağı düşdü. Yalnız indi yavaş-yavaş qalxmağa və əvvəlki vəziyyətinə qayıtmağa başlayıb” deyə, Britni bildirib.

Müğənninin sözlərinə görə, proseduru həyata keçirən həkim nəticədən özü də “pərt olub”. Spirs qadınları kosmetoloji prosedurlar zamanı diqqətli olmağa çağırıb:

“Bu insanlar və həkimlər həqiqətən gözlərinizi korlaya bilərlər. Gözüm təxminən dörd həftə aşağı vəziyyətdə qaldı. Bu insanlarla bağlı diqqətli olun. Onlar üzünüzü dəyişdirməyə və hər şeyi korlamağa çalışırlar. Bədəninizə qayğı göstərin, çünki o sizindir”.

Qeyd edək ki, bu, Britni Spirsin uğursuz kosmetoloji prosedurlardan şikayət etdiyi ilk hal deyil. Sənətçi daha əvvəl Los-Ancelesdəki həkimlərdən narazılığını bildirib və iynələrdən sonra üzünün şişdiyini söyləyib. (Axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki