Suriyada Xmeymim aeroportuna mülki status qaytarılıb.
Referans Media xəbər verir ki, bu barədə Suriyanın "Al-Ekhbariya" telekanalında ölkənin Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsi rəhbərinin açıqlamasına istinadla məlumat yayıb.
Lazıqiyyədə yerləşən Xmeymim beynəlxalq aeroportu rəsmən Suriyanın mülki hakimiyyət orqanlarına təhvil verilib. Xüsusi komissiya uçuş-enmə zolaqlarının, avadanlıqların və təhlükəsizlik sistemlərinin vəziyyətini yoxlamağa başlayıb. Yoxlamanın yekunlarına əsasən, hava limanının fəaliyyətinin bərpası və sərnişin reyslərinin qəbulu üçün zəruri olan yenidənqurma planı hazırlanacaq.
Obyektin statusunun dəyişdirilməsi Moskva və Dəməşq arasında əldə olunmuş yeni razılaşmalarla bağlıdır. 2015-ci ilin sentyabrından Xmeymim aerodromundan Rusiya aviasiya qrupunun əsas bazası kimi istifadə olunub. Hazırda imzalanmış qarşılıqlı anlaşma meyorandumu çərçivəsində Xmeymim və Tartus hərbi bazaları formatını dəyişərək birgə hazırlıq və təlim mərkəzlərinə çevriləcək./Publika.az
