Tokiodan nüvə təhlükəsi ilə bağlı çağırış

Yaponiya nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Referans Media xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi danışıb. O bildirib ki, Tokio Hirosima Fəaliyyət Planı çərçivəsində Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) qorunması və daha da gücləndirilməsi üçün fəaliyyətini davam etdirəcək.

Baş nazir atom bombalarının yaratdığı fəsadların dünya ictimaiyyətinə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Onun sözlərinə görə, Yaponiya müxtəlif ölkələrdən olan dövlət və gələcək liderləri Hirosima və atom bombardmanlarının baş verdiyi digər məkanlara səfər etməyə təşviq edəcək. Məqsəd həmin hadisələrin nəticələrinin birbaşa görülməsi və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsidir./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki