Bu ölkədə Ukrayna bayrağı endirildi – Diplomatik böhran

Ukrayna Prezidenti Volodimir Zelenskinin Kosovonun müstəqilliyinin tanınmaması ilə bağlı açıqlamasından sonra Priştinanın mərkəzindəki Ukrayna bayrağı götürülüb.

Referans Media xəbər verir ki, qərar Priştina meri Perparim Ramanın açıqlaması ilə ictimaiyyətə təqdim olunub.

Mer bunun Kosovonun “dövlətçiliyinə göstərilən münasibətə” cavab olduğunu bildirib.

Hadisə Zelenskinin Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşü zamanı Ukraynanın Kosovonun birtərəfli müstəqillik elanını tanımaması mövqeyini bir daha təsdiqləməsindən sonra baş verib./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki