Zuqdididə 21 yaşlı qadına qarşı zorakılıq ittihamı ilə saxlanılan həyat yoldaşı və qayınatasına qarşı Zuqdidi Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib.
Referans Media Gürcüstan mediasına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, onlar qadına qarşı davamlı döymə və digər zorakılıq formalarını tətbiq etməkdə ittiham olunurlar. Qanunvericiliyə əsasən, bu maddə üzrə cəza üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Hadisə barədə xatırladaq ki, Zuqdididə gənc qadın həyat yoldaşı və qayınatasının onun üzərində azyaşlı övladı və qayınanasının gözü qarşısında zor tətbiq etdiyini bildirib. Qayınana isə iddiaları qəbul etmir və qadının xəsarətləri avtomobildən düşərkən aldığını deyir.





















