ABŞ Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Ceffris ölkədə siyasi rejimin dəyişdirilməsinə çağırıb.
Referans Media xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Bizə Amerikada rejim dəyişikliyi lazımdır”, – deyə o bəyan edib.
Ceffrisin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə səbəbindən ABŞ daha az təhlükəsiz ölkəyə çevrilib, milyardlarla dollar boşa xərclənir, benzinin qiyməti isə artıb.
Fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq Tehran İsrailə, eləcə də ABŞ-ın Yaxın Şərqdəki, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir. Bundan əlavə, iranlıların dəniz yolu ilə neft tədarükünün təxminən 30%-nin payına düşdüyü Hörmüz boğazını bağladıqları, habelə Fars körfəzi dövlətlərinin neft infrastrukturuna zərbələr endirdikləri barədə məlumat verilmişdi.
