ABŞ-İran memorandumu imzalandı

İranla razılaşmanı ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, Tehran adından isə bu ölkənin parlamentinin sədri Məhəmmədbaqer Qalibaf imzalayıb.

Referans Media xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid ABŞ rəsmilərinə istinadən "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, müqavilənin təfərrüatının yaxın saatlarda ictimaiyyətə açıqlanması gözlənilir./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki