ABŞ minlərlə tələbənin vizasını ləğv etdi – Səbəb

  ABŞ bu ilin əvvəlindən 6 mindən çox əcnəbi tələbənin vizasını ləğv edib. Bu faktı Dövlət Departamenti də təsdiqləyib. 

Referans  xəbər verir ki, departamentdən verilən açıqlamada bildirilib ki, vizaların ləğvinə əsasən müddətin bitməsi və qanun pozuntuları səbəb olub.

Ləğvlərin böyük əksəriyyəti “hücum”, “spirtli içki qəbul edərək avtomobil idarəetmə”, “oğurluq” və “terrora dəstək” kimi hallarla əlaqələndirilir.

Məlumata görə, təxminən 4 min viza “qanun pozuntuları”, 200–300 arasında tələbə vizası isə “terrorizmlə bağlı səbəblərdən” ləğv olunub.

ABŞ mediası, xüsusilə “Fox News”, Dövlət Departamentinin tələbələrin vizalarını “hücum”, “oğurluq” və “terrorizmi dəstəkləmək” kimi səbəblərlə ləğv etdiyini açıqlayıb.Xəbərdə həmçinin vurğulanıb ki, Fələstin tərəfdarı aksiyalara qatılan tələbələrin də sənədləri ciddi yoxlamalara məruz qalıb.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio may ayında Fələstini dəstəkləyən etirazlara qatılan tələbələrin vizalarının nəzərdən keçirildiyini və onların ləğv ediləcəyini açıqlamışdı.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki