Afaq Qurbanzadə ANZ.AZ xəbər portalının baş redaktoru vəzifəsinə təyin olunub.
Referans Media xəbər verir ki, Afaq Qurbanzadə 2006–2008-ci illərdə Azərbaycan Televiziyasında (AzTV) veriliş rəhbəri, aparıcı və müəllif kimi fəaliyyət göstərib. Sonrakı illərdə “Bizim Ailə” jurnalında yazar, Beynəlxalq Avrasiya Mətbuat Fondunda aparıcı redaktor, Xpress.az xəbər saytında isə baş redaktor vəzifələrində çalışıb.
Zəngin media təcrübəsinə malik olan Afaq Qurbanzadə bundan sonra fəaliyyətini ANZ.AZ xəbər portalının baş redaktoru kimi davam etdirəcək. (Xpress.az)
