Paytaxtda yük maşını qəza törətdi: Yol bağlandı

Nərimanov rayonunda, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobili qəza törədib.

Referans Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hazırda yük avtomobilinin ərazidən kənarlaşdırılması və nəqliyyatın hərəkətinin bərpası məqsədilə polis zəruri tədbirlər görür.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki