"Neftçi"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
Referans Media xəbər verir ki, “Ağ-qaralar” "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.
İlk oyun Bakıda keçiriləcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutub.
Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 23-ü və 30-da keçiriləcək.
