Tualet üstündə mübahisə dəhşətlə bitdi: Kişinin bədənindən çıxan həkimləri şoka saldı - VİDEO

Hindistanın Racastan ştatının Codpur şəhərində tualetdən istifadə ilə bağlı yaranan mübahisə ağır hadisəyə səbəb olub.

Referans Media xəbər verir ki, belə ki, bir qrup şəxslə mübahisə edən kişi hücuma məruz qalaraq ağır yaralanıb. Xəstəxanaya çatdırılan şəxsin vəziyyətini araşdıran həkimlər onun bədənində gördükləri mənzərə qarşısında təəccübləniblər.

Mathuradas Mathur Xəstəxanasında aparılan müayinələr zamanı kişinin bədənində təxminən 1,2 metr uzunluğunda duş şlanqı olduğu müəyyən edilib. Şlanqın daxili orqanlara zərər verdiyi aşkarlanıb. Həkimlər həyati təhlükəni nəzərə alaraq xəstəni təcili əməliyyata götürüblər.

Ümumi cərrahiyyə şöbəsinin rəhbəri doktor Dineş Dutt Şarma başda olmaqla həkimlər qrupu mürəkkəb əməliyyat keçirərək yad cismi çıxarıb. Həkimlərin sözlərinə görə, şlanq iri qan damarlarına və digər həyati orqanlara çox yaxın yerləşib. Əməliyyat zamanı yarana biləcək hər hansı ağırlaşma ölümcül nəticələrə səbəb ola bilərdi.

Əməliyyatdan sonra kişinin vəziyyətinin stabil olduğu və müalicəsinin davam etdiyi bildirilib. Hadisə ilə bağlı hələlik polisə rəsmi şikayət daxil olmadığı qeyd edilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki