Bursaspor rəqiblərinə göz dağı verdi: Zirvəni ələ keçirdi - VİDEO

Türkiyə 1-ci Liqasının 15-ci turunda Bursaspor doğma meydanda Sivassporu 2:0 hesabı ilə məğlub edib.

Referans Media xəbər verir ki, Bursadakı Atatürk İdman Kompleksinin Matlı Stadionunda keçirilən qarşılaşmada meydan sahibləri ilk hissədə vurduqları qollarla qələbəni təmin ediblər.

Oyunun 19-cu dəqiqəsində Keleçi İheanaço hesabı açaraq Bursasporu önə keçirib. Cəmi üç dəqiqə sonra, 22-ci dəqiqədə Soner Aydoğdu fərqi iki topa çatdırıb.

Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və Bursaspor 2:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran Bursaspor 33 xalı olan Kayserisporu geridə qoyaraq turnir cədvəlinin liderliyini yenidən ələ keçirib. Sivasspor isə 13 xalla kifayətlənib.

Növbəti turda Bursaspor səfərdə Vanspor FK ilə qarşılaşacaq. Sivasspor isə doğma meydanda Bodrum FK-ni qəbul edəcək.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki