Avropa İttifaqı və Ukrayna arasında üzvlük danışıqları rəsmi olaraq başlayıb.
Referans Media APA-ya istinadla xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta “X” sosial şəbəkə hesabında bildirib.
“Bu gün Ukraynanın Aİ-də gələcəyinə doğru tarixi addım atırıq və üzvlüklə bağlı rəsmi danışıqlara başlayırıq”, – deyə o qeyd edib.
Danışıqlar Lüksemburqda keçirilən hökumətlərarası konfrans çərçivəsində başlanıb.
