Tanınmış bloger Ehtiram Fərzəlibəyov şirkətinin rəhbərliyindən getdi

Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən "Araş" firmasında rəhbər dəyişikliyi baş verib.

Referans Media xəbər verir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullayev təyin olunub.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən "Araş" firmasının nizamnamə kapitalı 100 manatdır.

Şirkət mütəmadi olaraq dövlət qurumlarının iri satınalmalarında qalib olur. Belə ki, son illərdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə milyonluq müqavilələr imzalanıb.

Ehtiram Fərzəlibəyov həmçinin Azərbaycanda tanınmış kulinar, food və travel bloqerdir. O, müxtəlif ölkələrin mətbəxi, restoranlar və səyahətlər haqqında sosial şəbəkələrdə paylaşımlar edir.

O, həmçinin kulinariya mövzusunda kitabların müəllifidir və beynəlxalq mediada Azərbaycan mətbəxinin təbliği ilə bağlı materiallarda yer alıb./yurdmedia

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki