Arda Gülər hamını təəccübləndirdi: İspan dilində danışığı gündəm oldu - VİDEO

“Real Madrid”in formasını geyinən Arda Gülər İspaniyada növbəti dəfə diqqət mərkəzinə düşüb. Gənc futbolçu “Malaqa” ilə qarşılaşmada meydana sonradan daxil olaraq komandasının 4:0 hesablı qələbəsində pay sahibi olub. Arda matçın son dəqiqələrində fərqlənməklə yanaşı, qarşılaşmadan sonra verdiyi müsahibə ilə də azarkeşləri heyran edib.

Referans Media xəbər verir ki, “Real Madrid” “Malaqa”nı 4:0 hesabı ilə məğlub edib. Oyuna sonradan daxil olan Arda Gülər 90+1-ci dəqiqədə Vinisius Juniorun ötürməsindən sonra topu rəqib qapısından keçirib. Türkiyə milli komandasının futbolçunun bu qolu komandasının böyük hesablı qələbəsini rəsmiləşdirib.

Qarşılaşmadan sonra müsahibə verən Arda Gülər vurduğu qolu ispan dilində şərh edib. Gənc futbolçu qol epizodunda Vinisiusun ona ötürmə verəcəyini əvvəlcədən hiss etdiyini bildirib: “Vinisiusun mənə belə ötürmə verəcəyini bilirdim. O, çox yaxşı futbolçudur. Onun sayəsində qol vurdum.”

Arda bununla braziliyalı komanda yoldaşının ötürməsini yüksək qiymətləndirib.

Arda Gülərin müsahibə zamanı ispan dilində rahat və səlis danışması da futbolsevərlərin diqqətindən yayınmayıb. İspaniyada karyerasını davam etdirən milli futbolçunun dilə getdikcə daha yaxşı hakim olması sosial şəbəkələrdə də müsbət reaksiyalarla qarşılanıb. Ardanın həm meydandakı çıxışı, həm də İspaniyadakı həyatına uyğunlaşması azarkeşlər tərəfindən yüksək qiymətləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki