Dəhşətli qəza kameraya düşdü: Betonqarışdıran piyadanı əzdi - VİDEO

Türkiyənin Adana şəhərində geri hərəkət edən betonqarışdıran maşın piyadanı vurub. Ağır xəsarət alan şəxs hadisə yerində həyatını itirib.

Referans Media xəbər verir ki, hadisə saat 16:00 radələrində Seyhan rayonunun Yenibaraj məhəlləsində baş verib. Məlumata görə, A.T.-nin idarə etdiyi 42 EJR 29 dövlət nömrə nişanlı betonqarışdıran maşın geri hərəkət edərkən küçədə hərəkətdə olan piyadanı vurub.

Betonqarışdıran maşının altında qalan piyada ağır xəsarət alıb. Ətrafdakı şəxslərin xəbərdarlığından sonra sürücü avtomobili dayandırıb. Hadisə barədə aidiyyəti qurumlara məlumat verilib. Əraziyə polis və təcili tibbi yardım briqadaları göndərilib.

Tibbi müayinə zamanı üzərindən şəxsiyyətini təsdiqləyən sənəd çıxmayan piyadanın həyatını itirdiyi müəyyənləşdirilib. Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görərək küçəni nəqliyyatın hərəkəti üçün bağlayıb. Hadisə yerində araşdırmalar başa çatdıqdan sonra yol yenidən nəqliyyatın hərəkətinə açılıb. Mərhumun nəşi Adana Ədli Tibb Qurumu morquna aparılıb.

Betonqarışdıran maşının sürücüsü polis tərəfindən saxlanılıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki