Arda Turan Çempionlar Liqasında debüt etdi: Nəticə belə oldu

Arda Turan Çempionlar Liqasında baş məşqçi kimi ilk oyununa çıxıb. Onun çalışdırdığı Şaxtyor Donetsk turnirin ilk turunda Niderlandda PSV ilə qarşılaşıb və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Referans Media xəbər verir ki, Çempionlar Liqasının ilk turunda PSV ilə üz-üzə gələn Şaxtyor Donetsk səfər matçından 1 xalla ayrılıb. Arda Turanın komandası qarşılaşmaya balanslı başlayıb və ilk hissənin son dəqiqələrində hesabı açıb.

Ukrayna təmsilçisi 45+1-ci dəqiqədə hesabı açıb. Gleiker Mendoza baxımlı qolla Şaxtyoru 1:0 önə keçirib. İlk hissə Arda Turanın komandasının minimal üstünlüyü ilə başa çatıb.

Ev sahibi komanda ikinci hissəyə daha fəal başlayıb. PSV 48-ci dəqiqədə hesabı bərabərləşdirib. Serjinyo Destin zərbəsi Şaxtyorun qapısından keçərək matçda tarazlığı təmin edib. Qarşılaşmanın qalan bölümündə hər iki komanda qələbə qolunu vurmağa çalışsa da, cəhdlər nəticə verməyib.

Beləliklə, Arda Turanın Çempionlar Liqasındakı baş məşqçi kimi ilk oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb. Şaxtyor Donetsk turnirə səfərdə qazandığı 1 xalla başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki