Bazar fəaliyyətini bərpa etdi – FOTOLAR

Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin qiymətləndirilməsindən sonra müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub.

“Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.
Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.

1d9a32a9 1af2 473d bb16 922b19ad5075ad00e96f 43e4 47a2 82a0 5c8a7e7f0194b87fb485 f732 4d3d a86f 7095fc599379b7999c1c a8b1 4f08 b528 df22af6b405bd9ad9f27 c1cc 4804 81f4 e743ba023e12d7617dc2 8f59 4d0c 897b 7187cf655e5c


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki