“Krosna” qrupunun solisti vəfat etdi

“Krosna” qrupunun solisti Seymur Allahverdiyev vəfat edib.

Referans Media xəbər verir ki, bu barədə qrupla əməkdaşlıq edən bloger Ləman Rüstəmi sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsində nəzarətsiz ərazidə, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda Seymur Allahverdiyevin meyiti aşkarlanıb.

1996-cı il təvəllüdlü müğənninin meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (Axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki