Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,52 Mbps) görə iyun ayına nisbətən 3 pillə irəliləyərək 151 ölkə arasında 81-ci olub.
Referans Media "Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (83,09 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 11,4 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (451,14 Mbps), axırıncı yeri isə Əfqanıstan (5,29 Mbps) tutub.
Xəbər yenilənəcək ...
