Trampdan Kanadaya SƏRT XƏBƏRDARLIQ

ABŞ Prezidenti Donald Tramp Kanada ilə bağlı sərt açıqlamalar verib.

Referans Media xəbər verir ki, Tramp özünün sosial media hesabında Kanadanı ABŞ-yə qarşı ədalətsiz ticarət siyasəti yürütməkdə ittiham edib.

O, Kanadanın uzun illərdir ABŞ-dən faydalandığını və amerikalı fermerlərə yüksək tariflər tətbiq etdiyini bildirib.

“Kanada on illərdir ABŞ-dən qaçır. Onlar fermerlərimizə 400% və daha çox tarif tətbiq ediblər. Onlar saysız-hesabsız gözəl Amerika şirkətlərini məhv ediblər. Mən bir çox ölkə ilə işləyirəm və Kanada, şübhəsiz ki, hamısından ən mürəkkəb və ağlasığmaz ölkədir. Onlar imtiyazlara sahib olduqlarını düşünürlər, amma onlar artıq imtiyazlar əldə etməyəcəklər”, – deyə Tramp yazıb.

ABŞ lideri həmçinin Kanada ilə "Gulfstream" təyyarələrinin sertifikatlaşdırılması məsələsində yaranmış mübahisəyə də toxunub. Onun sözlərinə görə, Kanada 10 il ərzində "Gulfstream" təyyarələrinin sertifikatlaşdırılmasından imtina edib və bununla bazarı kanadalı rəqibə verməyə çalışıb.

“10 il ərzində mən müdaxilə edənə qədər onlar "Gulfstream" təyyarələrini sertifikatlaşdırmaqdan imtina etdilər. Onlar bazarın 100%-ni "Gulfstream"in kanadalı rəqibinə vermək istəyirdilər”, –deyə Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ və Kanada arasında ticarət münasibətlərində gərginlik son günlər daha da artıb. Tramp Kanadadan idxal olunan avtomobillər, yük maşınları və avtomobil hissələrinə 2027-ci il yanvarın 1-dən etibarən 50 faizlik tarif tətbiq etməklə hədələyib.//Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki