Azərbaycan Ordusunun PUA-ları ilə Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək

Azərbaycan Ordusunun PUA-larla Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək.

Referans Media xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək:

“Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki