Bu ilin yanvar-mart aylarında Azərbaycan 42,37 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
Referans Media “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatına görə, göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,4 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 28,654 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,4 dəfə çoxdur.
I rübdə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,06 %-ni, ixrac isə ümumi ixracın 0,53 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 %, idxal isə 29,3 % azalıb.























