image-xestexana1648455178backend

Azərbaycanda 9 yaşlı uşaq faciəvi şəkildə ÖLDÜ

Qobustanda azyaşlı gölməçədə boğularaq ölüb.

Referans Media  xəbər verir ki, hadisə aprelin 7-də Qobustan rayonu ərazisində baş verib.

Belə ki, rayonun qış otlaq sahəsində yaşayan 2017-ci il təvəllüdlü Heybət Heybətli otlaq sahəsinin yaxınlığında təbii şəkildə yaranmış gölməçəyə ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə azyaşlı suda boğularaq həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki