image-cay-dem-vzge-900x598backend

Azərbaycanda kilosu 450 manata çay satılır – VİDEO

Lənkəran rayonunun mərkəzi bazarında bir kiloqramı 400-450 manata çay satılır.

Referans Xəzər TV-yə istinadən xəbər verir ki, bu bazarda yerli istehsal olan çayların satışına geniş yer ayrılıb, müxtəlif keyfiyyətdə və çeşiddə çaylar müştərilərə təklif olunur. Qiymətlər isə fərqlidir.

Satıcılar deyirlər ki, kiloqramı 15, 20, 25 manat civarında olan çaylara tələbat daha yüksəkdir. Bahalı çaylar isə daha çox hədiyyə məqsədilə alınır.

Qeyd edək ki, Lənkəran Azərbaycanın çayçılıq ənənələrinin qorunduğu əsas rayonlardan biridir və burada istehsal olunan çaylar həm yerli, həm də xarici bazarda satışa çıxarılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki