Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının ixracı və tranzit yüklərin tədarükü həyata keçirilib.
Referans Media xəbər verir ki, 17 vaqondan ibarət, ümumi çəkisi 1000 tona yaxın olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük də reallaşıb. Belə ki, 18 vaqondan ibarət, çəkisi 1260 ton olan buğda yükü də eyni tarixdə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit olaraq 32 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
