Marşal Asım Munir də ABŞ–İran danışıqları üçün İsveçrəyə getdi

Pakistan Silahlı Qüvvələrinin komandanı, marşal Asım Munir ABŞ və İran arasında keçiriləcək danışıqlarda iştirak etmək üçün İsveçrəyə gedib.

Referans Media xəbər verir ki, Pakistanın baş vasitəçisi olan hərbi komandan İslamabad Anlaşma Memorandumu çərçivəsində təşkil edilən görüşlərə qatılacaq.

Bundan öncə ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin İsveçrəyə səfəri başlaması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar İsveçrənin Bürgenstok kurort bölgəsində baş tutacaq./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki