Vens Cenevrəyə getdi - Danışıqların mövzusunu açıqladı

İsveçrədə ABŞ-İran danışıqları "bir neçə gün" davam edə bilər.

Referans Media xəbər verir ki, bunu İsveçrəyə uçmazdan əvvəl Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandıran vitse-prezident J.D.Vens deyib:

"Bu prosesi düzgün şəkildə başlatmaq üçün bir neçə gün danışıqlarımız olacaq. Mən orada bir-iki gün ola bilərəm".

Onun sözlərinə görə, Tehranın nüvə proqramı və Livanda atəşkəs İsveçrədə ABŞ-İran danışıqlarının əsas mövzularından biri olacaq: "Düşünürəm ki, nüvə məsələsində və Livanda atəşkəs məsələsində irəliləyiş əldə edəcəyimizə ümid var. Bunlar diqqət yetirəcəyimiz iki əsas məsələdir. Əminəm ki, iranlıların müzakirə etmək istədiyi məsələlər də var"./Musavat.com 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki