DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi

Yaponiya milli komandası 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Tunis millisi üzərində qələbə qazanıb.

Referans Media xəbər verir ki, Meksikanın Qvadalupe şəhərindəki BBVA stadionunda keçirilən oyun 4-0 hesabı ilə başa çatıb.

Yaponiya komandasının qollarını Daiçi Kamada, Ayase Ueda və Junya Ito vurub.

Qeyd edək ki, Yaponiya və Tunis artıq ikinci tur oyunlarını keçirmiş Hollandiya və İsveçlə eyni qrupda yer alır.

Xatırladaq ki, Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki