Azərbaycan sərbəst güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb.
Referans Media xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
O, antidopinq qaydasını pozduğu üçün diskvalifikasiya olunub.
İdmançıdan götürülmüş nümunədə “19 norandrosterone” preparatı aşkarlanıb.
Qeyd edək ki, Saiq Mustafazadə yaşlılar arasında Avropa ikincisi, 23 yaşlılar arasında Avropa üçüncüsü olub./“Qafqazinfo”/
