Azərbaycan və Gürcüstan arasında siyasi əlaqələrlə yanaşı, parlamentlərarası münasibətlər və xarici işlər nazirlikləri səviyyəsində də intensiv təmaslar davam edir.
Referans Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, parlamentlərarası münasibətlər də intensivliyi ilə seçilir.
“İki ölkə arasında ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını göstərən göstəricilərdən biri normativ-hüquqi bazadır. Ölkələrimiz arasında 145 müxtəlif sənəd qüvvədədir. Hazırda 18 sənəd üzərində isə iş davam etdirilir. Yaxın vaxtda hazırlıq səviyyəsi yekunlaşacaq və onların da qüvvəyə minməsini görəcəyik”, – deyə Ceyhun Bayramov qeyd edib.
