Gürcü nazirdən Azərbaycanla sərhədə dair son dəqiqə açıqlaması

Gürcüstanla Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyasına dair İşçi qrupu fəaliyyət göstərir. Komissiya görüşlər keçirir, dəyirmi masalar təşkil edir və prosesə aid məsələləri qarşılıqlı müzakirə edir”.

Referans Media xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bugünkü mətbuat konfransında Musavat.com-un əməkdaşının sualına cavab verərkən bildirib.

Nazirin sözlərinə görə, hər iki tərəf prosesin irəliləməsi üçün çalışır və bu istiqamətdəki hər hansı irəliləyişi alqışlayır:

“Bu, bir-birinin maraqlarını maksimum nəzərə almaqla və qarşılıqlı hörmətlə davam edən kifayət qədər vacib prosesdir. Proses bunun üçün mövcud olan formatlar çərçivəsində davam etməli və işləməlidir”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki