TƏBİB-dən Səhiyyə Nazirliyinə: Töhfə Cəmilovaya yeni vəzifə verildi

Töhfə Ramiz qızı Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib.

Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, o, səhiyyə nazirinin müşaviri təyin edilib.

Qeyd edək ki, T.Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diploma yiyələnib.

2023-cü ildə London Universitetinin “London School of Hygiene and Tropical Medicine” məktəbində İctimai səhiyyə ixtisası üzrə elmlər magistri dərəcəsini alıb.

2008-ci ildən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin müdiri, 2010-cu ildən isə Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.

2017-2025-ci illərdə Azərbaycanda, eləcə də Koreya Xalq Demokratik Respublikası, Tacikistan və Türkmənistanda səhiyyə və qidalanma sahəsində müxtəlif beynəlxalq proqramların rəhbəri vəzifəsində çalışıb.

2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib.

2013-cü ildə Azərbaycan Respublikası əhalinin sağlamlığının qorunmasında qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

2015-ci ildə “Səhiyyənin təşkili və ictimai səhiyyə” ixtisası üzrə Tibb işçilərinin sertifikasiyasından keçib. 2017-ci ildə nəşr olunmuş “Səhiyyənin idarəedilməsi” adlı dərs vəsaitinin həmmüəllifidir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki