Yanlış qidalanma hansı xəstəliklərə səbəb olur? – xəbərdarlıq

Son dövrlərdə sağlam qidalanmaya maraq artsa da, insanların gündəlik rasionunda şəkər, duz, yağlı və emal olunmuş məhsulların istehlakı yüksək olaraq qalır. Düzgün qidalanmamaq yalnız artıq çəkiyə deyil, eyni zamanda bir sıra xroniki xəstəliklərin yaranmasına da zəmin yarada bilər. Bəs yanlış qidalanma uzunmüddətli perspektivdə orqanizmə necə təsir edir və sağlam qidalanmağa başlamaq üçün gündəlik rasionda hansı dəyişikliklər edilməlidir?

Referans Media-ya açıqlama verən qida mütəxəsisi Fərid Səfərov bildirib ki, düzgün qidalanmamaq ilk növbədə orqanizmdə maddələr mübadiləsinin pozulmasına və müxtəlif xroniki xəstəliklərin yaranma riskinin artmasına səbəb olur.

Onun sözlərinə görə, şəkər, duz və doymuş yağlarla zəngin qidaların müntəzəm və həddindən artıq istehlakı artıq çəki və piylənmə, insulin müqaviməti, 2-ci tip şəkərli diabet, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və qaraciyərin piylənməsi kimi problemlərə yol aça bilər.

Eyni zamanda, lif, vitamin və mineral çatışmazlığı həzm sisteminin fəaliyyətinə, immun sisteminə və ümumi sağlamlığa mənfi təsir göstərir.

Mütəxəssis qeyd edib ki, sağlam qidalanmağa başlamaq üçün ilk növbədə kəskin pəhrizlərə deyil, gündəlik vərdişlərin tədricən dəyişdirilməsinə üstünlük verilməlidir.

Onun fikrincə, şəkərli içkilərin, şirniyyatların, fast food məhsullarının, emal olunmuş ətlərin, həddindən artıq duzlu və yağlı qidaların istehlakını azaltmaq vacibdir. Xüsusilə məhsulların etiketlərini oxumaq, gizli şəkər, duz və doymuş yağ mənbələrinə diqqət yetirmək lazımdır.

F.Səfərov bildirib ki, gündəlik rasionda mövsümi tərəvəz və meyvələrə, paxlalılara, tam taxıl məhsullarına, balıq, yumurta, yağsız ət, süd və süd məhsullarına yer verilməlidir. Yağ mənbəyi kimi zeytun yağı, qoz, badam və digər çərəzlərə üstünlük vermək məqsədəuyğundur.

Həmçinin kifayət qədər su içmək və porsiya ölçülərinə nəzarət etmək vacibdir.

Mütəxəssis vurğulayıb ki, sağlam qidalanma hər hansı bir qida məhsulunu tamamilə qadağan etmək deyil, müxtəlif qida qrupları arasında düzgün balans yaratmaqdır. Əsas məqsəd qısamüddətli çəki itkisi deyil, uzun illər davam etdirilə bilən sağlam qidalanma vərdişləri formalaşdırmaqdır.

Sağlam qidalanaraq sağlam yaşayın!

 açıqlama verən Fərid Səfərov bildirib ki, düzgün qidalanmamaq ilk növbədə orqanizmdə maddələr mübadiləsinin pozulmasına və müxtəlif xroniki xəstəliklərin yaranma riskinin artmasına səbəb olur.

Onun sözlərinə görə, şəkər, duz və doymuş yağlarla zəngin qidaların müntəzəm və həddindən artıq istehlakı artıq çəki və piylənmə, insulin müqaviməti, 2-ci tip şəkərli diabet, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və qaraciyərin piylənməsi kimi problemlərə yol aça bilər.

Eyni zamanda, lif, vitamin və mineral çatışmazlığı həzm sisteminin fəaliyyətinə, immun sisteminə və ümumi sağlamlığa mənfi təsir göstərir.

Mütəxəssis qeyd edib ki, sağlam qidalanmağa başlamaq üçün ilk növbədə kəskin pəhrizlərə deyil, gündəlik vərdişlərin tədricən dəyişdirilməsinə üstünlük verilməlidir.

Onun fikrincə, şəkərli içkilərin, şirniyyatların, fast food məhsullarının, emal olunmuş ətlərin, həddindən artıq duzlu və yağlı qidaların istehlakını azaltmaq vacibdir. Xüsusilə məhsulların etiketlərini oxumaq, gizli şəkər, duz və doymuş yağ mənbələrinə diqqət yetirmək lazımdır.

F.Səfərov bildirib ki, gündəlik rasionda mövsümi tərəvəz və meyvələrə, paxlalılara, tam taxıl məhsullarına, balıq, yumurta, yağsız ət, süd və süd məhsullarına yer verilməlidir. Yağ mənbəyi kimi zeytun yağı, qoz, badam və digər çərəzlərə üstünlük vermək məqsədəuyğundur.

Həmçinin kifayət qədər su içmək və porsiya ölçülərinə nəzarət etmək vacibdir.

Mütəxəssis vurğulayıb ki, sağlam qidalanma hər hansı bir qida məhsulunu tamamilə qadağan etmək deyil, müxtəlif qida qrupları arasında düzgün balans yaratmaqdır. Əsas məqsəd qısamüddətli çəki itkisi deyil, uzun illər davam etdirilə bilən sağlam qidalanma vərdişləri formalaşdırmaqdır.

Sağlam qidalanaraq sağlam yaşayın!

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki